Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı

Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
29 oktyabr 2020
# 13:36

Məşhur fransız aktyoru Jerar Depardye Fransada Quranı cırıb təhqir edilməsinə sərt reaksiya bildirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkəsinin müsəlmanlara qarşı münasibətlərini pisləyərək, fransızlar adından bütün müsəlman dünyasından üzr istəyib:

“Lənət olsun! Niyə hər dəfə siyasətə qarışmaq məcburiyyətindəyəm? Fransızlar, ölkəmizdə nələr olub bitdiyini, müsəlmanların bizim üçün etdiklərininin əhəmiyyətini anlaya bilirsinizmi? Onların dinlərinə, inanclarına hörmətlə yanaşsaq, qarışmasaq olmazmı? Prezidentimizin homoseksual olduğunu bilirəm, amma heç vaxt bu barədə danışmamışam. Bizim prezidentimizin siyasi təcrübəsi yoxdur və bizi sürətlə uçuruma sürükləyir. Bütün həmvətənlərimi və müsəlmanları salamlayıram. Müsəlmanlardan onlara qarşı olunan təhqirlərə görə xalqım adından üzr istəyirəm. Sülh içində yaşayaq”.

# 1666 dəfə oxunub

Müəllifin son yazıları

# # #