İtaliyanın məşhur portalı Elçinin “Baş” romanından yazıb

İtaliyanın məşhur portalı Elçinin “Baş” romanından yazıb
15 aprel 2020
# 16:23

İtaliyanın differentmagazine.it portalında Xalq yazıçısı Elçinin “Baş” romanı haqqında resenziya dərc edilib.

Kulis.azın verdiyi xəbərə görə, Sandro Tetinin nəşriyyatında çapdan çıxmış və italyan dilinə tərcümə olunmuş “Baş” (La testa) romanı haqqında qələmə alınan əhatəli resenziyanın müəllifi Miriam Bokkinodur.

Tarixi roman janrında yazılan əsər haqda məlumatda bildirilir ki, XVIII-XIX əsrlərdə Rusiya, Türkiyə, İran və Qafqazın hökmdarlarının, tarixi şəxsiyyətlərin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun və əhatəli biliklə təmin olunur.

Burada sənəd və faktlarla müəllif təxəyyülü ilə cilalanıb, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş estetik mənzərəsi yaradılıb.

Resenziyada müəllif romanın əsas süjet xəttindən bəhs etməklə yanaşı, qəhrəmanlar, onların taleyi, obrazlar arasındakı dialoqlar haqqında da geniş bəhs edib.

# 1939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #