İran dünya şöhrətli rejissoru həbs etdi

İran dünya şöhrətli rejissoru həbs etdi
5 mart 2020
# 12:15

İranlı rejissor Məhəmməd Rəsulov bir il həbs cəzasına məhkum edildi.

Kulis.az xəbər verir ki, Rəsulov adı qeyd edilməyən üç filmində sistemə qarşı təbliğat aparmaqda günahlandırılır. Hökm barədə SMS vasitəsiylə bildiriş alan rejissorun hakimiyyətə təslim olmaq niyyətində olmadığı bildirilib.

Xatırladaq ki, bu il fevralın 29-da, Rəsulov “Şər mövcud deyil” filminə görə Berlin Beynəlxalq Film Festivalının əsas mükafatı olan "Qızıl ayı"nı alıb.

# 2496 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #