İngiltərənin ən qədim kitab mağazalarından olan “Blackwell UK” 2019- cu ilin ən yaxşı romanları siyahısını açıqlayıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda adı çəkilən imzalar arasında Türkiyənin tanınmış yazıçısı Elif Şafakın “On dəqiqə otuz səkkiz saniyə” kitabı da yer alıb.
- Bu əsər hərracda 580 min dollara satılıb
- Məşhur serial yenidən çəkilə bilər
- Polislə danışan peyğəmbər kim idi? – Cibran Xəlil aforizmləri
Xatırladaq ki, ötən il nəşr olunan “On dəqiqə otuz səkkiz saniyə” romanında müəllif Leyla və rəfiqələrinin həyat hekayələrindən bəhs edir. Kitab eyni zamanda Türkiyədə qadın olmağın çətinliyinə diqqət çəkdiyi üçün oxucular tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 1879-cu ildə Benjamin Henri Blakvell tərəfindən əsası qoyulan “Blackwell UK” eyni zamanada kitabxana kimi də xidmət göstərən İngiltərənin ən böyük kitab satış mərkəzidir.