Höte ve Şiller sevgili olublarmı? - Dünyanı silkələyən qalmaqal

Höte ve Şiller sevgili olublarmı? - Dünyanı silkələyən qalmaqal
26 dekabr 2019
# 12:35

"Frankfurter Allgemeine Zeitung" qəzetində dünya ədəbiyyatının iki nəhəng dühası Volfanq Hötenin və Fridrix Şillerin homoseksual münasibətlərini təhlil edən məqalə dərc olunub.

Alman rejissoru, məşhur LGBT təbliğatçısı, aktivist Roza von Praunxaymın 2018-ci ildə ekranlaşdırdığı ”Kişi dostluqları” sənədli filminə baxan bir qrup mətbuat nümayəndələri filmi hər iki klassikin yaxın münasibətlərinə yeni rakursdan baxmağa imkan verdiyini vurğulayıblar.

Gallery

Filmin yaradıcı heyəti Höte və Şillerin fəaliyyəti ilə əlaqədar yerləri gəzərək, onlar arasındakı dostluğun qeyri-təbii əlaqələrə çevrildiyini müzakirə edirlər. Filmin süjet xəttindən belə məlum olur ki, müxtəlif yerləri səyahət edən şairlərin dostluqları cinsi münasibətlərə çevrilir.

“Kişi dostluqları” filmində məsləhətçi kimi iştirak edən insanlar iddia edirlər ki, Höte İtaliyaya səfər edən zaman homoseksual mühitlə əlaqələr qurub.

Bundan başqa “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan araşdırmanın müəllifi Bert Rebhand filmdəki fikirləri ciddi qəbul etdiyini qeyd edərək bildirib ki “Kişi dostluqları” filmindən sonra Höte və Şillerin şərəfinə ucaldılan abidə onların klassik münasibətlərindən yaranan statusu daha da möhkəmləndirir.

Hötenin şəxsi həyatına nəzər salanda onun yüksək zövqlü qadın pərəstişkarı olduğunu, bir neçə dəfə ciddi eşq məcəraları yaşadığının, sevdiyi qadınla nişanlandığının da şahidi oluruq. Nişanlısı ilə ayrıldıqdan sonra birgə yaşadığı şair modelyer Kristina Vulpius ilə münasibətlərini on səkkiz ildən sonra qanuniləşdirib. Höte dörd övlad sahibi olub.

Fridrix Şillerin isə Şarlotta fon Legefeld ilə evliliyindən dörd övladı dünyaya gəlmişdi.

Ədəbiyyat adamları isə qeyd edirlər ki, Höte və Şillerin tərcümeyi-halında “qeyri-ənənəvi” münasibətlərə aid heç nə olmayıb.

# 5877 dəfə oxunub

Müəllifin son yazıları

# # #