Haqverdiyevin hekayələri İndoneziya dilinə tərcümə edildi

Haqverdiyevin hekayələri İndoneziya dilinə tərcümə edildi
16 iyun 2020
# 17:11

Azərbaycan nəsrinin görkəli nümayəndələrindən olan Əbdürrəhim bəy Haqverdiyevin bir neçə hekayəsi İndoneziya dilinə tərcümə edilib.

Kulis.az xəbər verir ki, tərcümə edilmiş qısa hekayələr İndoneziya Milli Kitabxanasının elektron bölməsinə yerləşdirilib.

Qeyd edək ki, hekayələri Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Əliyeva tərcümə edib. Tələbə təcrübə keçmək üçün Azərbaycan Dillər Universiteti tərəfindən İndoneziya Pedaqoji Universitetinə göndərilib.

# 2237 dəfə oxunub

Müəllifin son yazıları

# # #