Gəncləri Gününə həsr edilmiş konfrans keçirilib

Gəncləri Gününə həsr edilmiş konfrans keçirilib
2 fevral 2021
# 09:55

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, “UNEC Könüllüləri” Təşkilatı və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilmiş videokonfrans keçirilib.

Konfransda Nizami Gəncəvi və Gənclər Gününə həsr olunmuş videomateriallar nümayiş edilib.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Beynəlxalq Gənclər Gününün tarixi haqqında məlumat verib. O, çıxışında ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir: “Dövlət başçısı İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkədə fəallığını xeyli artırıb. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində daima önəmli yer tutur. Bu gün Azərbaycanda sağlam, vətənpərvər, intellektual gənclik formalaşıb”.

Qonaqlar çıxışlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığında əməksevərlilik, gəncliyimiz gələcəyimizdir kimi mövzulara toxunublar.

Konfrans çərçivəsində N.Gəncəvi yaradıcılığı məhsulu olan qəzəllər və onlara bəstələnmiş mahnılar ifa olunub.

# 1854 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #