Gənc yazarla görüş keçiriləcək

Gənc yazarla görüş keçiriləcək
13 aprel 2021
# 18:08

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tərkibində fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin növbəti seminarı keçiriləcək.

Kulis.az xəbər verir ki, birliyin budəfəki qonağı Filologiya fakültəsinin məzunu, Azərbaycan Prezidentinin mükafatçısı, İstanbul Univerisitetinin doktorantı, gənc yazar Ramil Əhməddir. Ramil Əhmədlə tələbələrin görüşü “Microsoft Teams” proqramı vasitəsilə 15 aprel, saat 20:00-ə planlaşdırılıb.

Qeyd edək ki, “Söz” yaradıcılıq birliyi uzun illərdir ki, BDU Tələbə Həmkarlar İttifaqının dəstəyi və dosent Məti Osmanoğlunun rəhbərliyi ilə fəaliyyət göstərir.

Tədbirə qoşulmaq istəyənlər aşağıdakı linkə keçid edə bilər:

https://teams.microsoft.com/l/meetup-join/19%3ad2244380caaf46ad8bb16d13f8cf2e91%40thread.tacv2/1618300111393?context=%7b%22Tid%22%3a%22a43125d1-0f89-4fa4-99ab-5474c89fdd42%22%2c%22Oid%22%3a%221d94ca03-e337-4edd-b196-e63b146d8a07%22%7d

# 1406 dəfə oxunub

Müəllifin son yazıları

# # #