Gənc yazarın monotamaşası səhnəyə qoyulacaq

Gənc yazarın monotamaşası səhnəyə qoyulacaq
10 yanvar 2020
# 18:41

Gənc yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında hazırlanan monotamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, istedadlı gənc yazarın monotamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılacaq.

Monotamaşanın 2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Ümid Abbas Nihani, ifaçısı Kamran Muradlıdır.

Qeyd edək ki, Ülviyyə Heydərova "Pələng" əsərini görkəmli kinodramaturq, ssenarist Ramiz Fətəliyevə ithaf edib.

# 2227 dəfə oxunub

Müəllifin son yazıları

# # #