Gənc yazarımızın romanı həm Azərbaycanda, həm Fransada çap olunacaq

Gənc yazarımızın romanı həm Azərbaycanda, həm Fransada çap olunacaq
19 fevral 2020
# 10:25

Azərbaycanlı gənc yazar Şamxal Həsənovun yazdığı ilk roman həm Bakıda, həm Strasburqda nəşr olunacaq.

Kulis.azın verdiyi xəbərə görə, “Səs və ya qırmızı” adlanan roman bir ailənin (ata, ana və oğul) münasibətlərindən bəhs edir.

Roman Azərbaycanda çox az işlənilən şüuraxını və daxili nitq üslubunda yeni fəndlərlə qələmə alınıb. Müəllif insanların çox incə və dərin hislərinə baş vurmağa çalışıb.

Xatırladaq ki, bundan əvvəl Şamxal Həsənovun hekayələri saytımızda yayımlanıb və oxucuların marağına səbəb olub. O, ixtisasca hüquqşünasıdr, Fransada magistratura təhsili alıb.

# 3637 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #