Gənc şairə vəzifə verildi

Gənc şairə vəzifə verildi
17 fevral 2020
# 17:24

Gənc şair Elşad Barata Ümid Partiyasında vəzifə verilib.

Kulis.az xəbər verir ki, o, partiyanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür.
Ailəlidir, üç övladı var.

# 2173 dəfə oxunub

Müəllifin son yazıları

# # #