Gənc şair Şuşa qələbəsinə qəzəl həsr etdi – Mətn

Gənc şair Şuşa qələbəsinə qəzəl həsr etdi – Mətn
8 noyabr 2020
# 16:30

Kulis.az gənc şair Turqay İbrahimlinin Şuşa qələbəsinə həsr etdiyi qəzəli təqdim edir.

Sənə həsrətdə otuz il, ciyərim yandı, Şuşa!
Verəcək bir canımız var, sənə qurbandı, Şuşa!

Mən əzəldən bu vətən torpağının xəstəsiyəm,
Bu sağalmaz yaraya təcili dərmandı Şuşa!

Neçə cəngavər oğul torpağına qan çilədi,
Qərq olubdur şəhidin qanına, al-qandı Şuşa!

Sənə kəm gözlə baxan gözləri tək-tək oyduq ,
Bizə namusdu, şərəfdi, bizə ad-sandı Şuşa!

Neçə il səbr elədik biz “dığanın” hədyanına,
Bu gün it tək qovuruq, hamsı pərişandı, Şuşa!

Səndə “yallı gedənin” dünyasına od ələdik,
İndi o tülküsifət it kimi peşmandı, Şuşa!

Elə imkan ola ki, hər yeri azad eləyək,
Yerevan ki, deyil o, şəhri-İrəvandı, Şuşa!

Nə gözəl, qoynuna sancıldı gözəl bayrağımız,
Gün həmin gündü, əcəb sürməli dövrandı Şuşa!

Turqayın hər qəzəli tək sənə aid olacaq,
O sənə aşiq olan dərdli qəzəlxandı, Şuşa!

# 3060 dəfə oxunub

Müəllifin son yazıları

# # #