Şair, esseist Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub.
Kulis.azın verdiyi xəbərə görə, “Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin yüzə qədər müxtəlif mövzulu şeiri yer alıb.
Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib.
Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüs və tövsiyəsi əsasında işıq üzü görüb.
Xatıarladaq ki, Fərid Hüseynin bundan əvvəl Amerika, Serbiya, Özbəskistan və Türkiyədə kitabları çıxıb