Freddi Merkuri haqqında filmin davamı olacaq

Freddi Merkuri haqqında filmin davamı olacaq
10 avqust 2021
# 16:30

“Queen” qrupunun gitaristi Brayan Mey əfsanəvi pop ulduzu Freddi Merkuri haqqında çəkilən “Bohem Rapsodiyası” filminin davamı barədə düşündüklərini açıqlayıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “Rolling Stone” jurnalı üçün verdiyi müsahibəsində danışıb:

"Filmin hazırlanmasına ürəyimizi və ruhumuzu qoymuşduq. Heç kim filmin bu qədər uğurlu olacağını gözləmirdi. Filmin davamı barədə düşünürük. Ancaq çox yaxşı ssenari olmalıdır”.

Xatırladaq ki, Brayan Singer tərəfindən 2018-ci ildə ekranlaşdırılan film 904 milyon dollar gəlir əldə etdi və dörd nominasiyada Oskar qazandı.

Film bütün zamanların ən çox gəlir gətirən musiqili və bioqrafik filmi olaraq qalır.

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #