Fransız aktrisa vəfat edib

Fransız aktrisa vəfat edib
20 dekabr 2019
# 16:27

Fransız aktrisa və model Klodin Oje vəfat edib.

APA-nın "ria.ru"ya istinadən verdiyi xəbərə görə, 79 yaşlı aktrisanın ölüm səbəbi məlum deyil.

K.Oje 1958-ci ildə “Dünya gözəli” müsabiqəsində Fransanı təmsil edib. 1965-ci ildə isə superagent Ceyms Bond silsiləsindən olan “İldırım topu” filmində Bondun sevgilisini canlandırıb.

O, “Qırmızı və qara”, “Dərimizdəki duz”, “Qanlı körfəz” və başqa filmlərdə çəkilib.

# 2138 dəfə oxunub

Müəllifin son yazıları

# # #