Fransa dövlət arxivindən Azərbaycanlı yazıçının kitabı tapılıb – Foto

Fransa dövlət arxivindən Azərbaycanlı yazıçının kitabı tapılıb – Foto
27 fevral 2020
# 12:52

Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) daha bir kitabının orijinalı tapılıb.

Fransada yaşayan azərbaycanlı naşir Nicat Kazımovun Kulis.az-a verdiyi məlumata görə “Çar II Nikolayın bioqrafiyası” kitabını Fransa dövlət arxivindən əldə edib. Kitab 1935-ci ildə nəşr edilib.

Naşir qeyd edir ki, bu Məhəmməd Əsəd bəyin Fransada nəşr olunan ilk kitabıdır. Bundan əlavə onun bu ölkədə “Stalinin bioqrafiyası”“Neft ölkəsi” kitabları da nəşr edilib. Nicat Kazımov tezliklə həmin 2 kitabı da əldə edəcəyini bildirib.

“Çar II Nikolayın bioqrafiyası” kitabı yenidən nəşrə hazırlanacaq.

# 2873 dəfə oxunub

Müəllifin son yazıları

# # #