Fotoqraflar üçün yeni müsabiqə

Fotoqraflar üçün yeni müsabiqə
8 iyun 2020
# 15:41

Müxtəlif janrda çalışan fotoqrafların maliyyələşdirilməsi və dəstəklənməsi üçün yeni istedadları aşkara çıxarmaq məqsədilə “Gomma fotoqrafiya qrantı” foto-müsabiqəsi elan olunub.

Müsabiqədə birinci yerin qalibinə 1000 avro məbləğində nağd pul mükafatı veriləcək. Müsabiqə qalibə sosial şəbəkəsi və media tərəfdaşları vasitəsilə dünya miqyasında beynəlxalq tanınma imkanı qazandıracaq.

“Gomma” qrantı hər kəs üçün açıqdır. Şəkillər ağ/qara və ya rəngli, analoq və ya rəqəmsal formada təqdim oluna bilər.

Ətraflı məlumat əldə etmək istəyənlər https://www.gommagrant.com/ elektron ünvanına müraciət edə bilərlər. /azertag.az/

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

# # #