Filmimiz beynəlxalq festivalda sertifikat aldı

Filmimiz beynəlxalq festivalda sertifikat aldı
29 dekabr 2020
# 16:01

“100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” adlı sənədli filmi ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən “Broadway Beynəlxalq Film Festivalı 2020”də tanınma sertifikatına layiq görülüb.

Kulis.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomesin imzaladığı sertifikatda ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun əməyini yüksək qiymətləndirib.

Xatırladaq ki, filmdə XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamları əks olunub.

# 1741 dəfə oxunub

Müəllifin son yazıları

# # #