Filmimiz Türk Dünyası Sənədli Film Festivalının əsas proqramında

Filmimiz Türk Dünyası  Sənədli Film Festivalının əsas proqramında
15 oktyabr 2020
# 17:02

Türkiyədə keçirilən V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramı elan olunub.

Kulis.az xəbər verir ki, əsas müsabiqədə ölkəmizi “Salnaməfilm” studiyasının istehsalı olan rejissor Vəli Səyyadinin “Hapıtlar” filmi təmsil edir. Bu dəfə tələbə filmləri kateqoriyasında isə istedadlı rejissorlarımız Nərmin Həsənovanın “Cəfər ömrü”, Anar Kakayevin “Torpağa bağışlananlar” və Fahir İmamquliyevin (Fahir Səmədoğlu) “Güllələnmiş məzarlar” filmləri yarışacaq.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşan festival “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” mövzusuna həsr olunub. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları iştirak edir.

# 1542 dəfə oxunub

Müəllifin son yazıları

# # #