Filmimiz Moskva Beynəlxalq Kinofestivalın proqramına daxil edildi - Fotolar

Filmimiz Moskva Beynəlxalq Kinofestivalın proqramına daxil edildi - Fotolar
1 sentyabr 2020
# 11:29

“Cinex(Azərbaycan) və “Non-stop prodakşn “(Rusiya) kinoşirkətlərinin birgə çəkdiyi “Balıqçı qızı” bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) 1-8 oktyabr 2020-ci il tarixlərində keçiriləcək əsas müsabiqəsinin proqramında iştirak edəcək.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, “Cinex” kino şirkətinin məlumatına görə, rejissor İsmayıl Səfərəlinin quruluş verdiyi “Balıqçı qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir: Günlərin birində balıq ovuna gedən balıqçı itkin düşür və balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal da olsa dəfn mərasiminin keçirilməsində israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara üsyan edir və ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur və hadisələr bundan sonra cərəyan etməyə başlayır.

Filmin ssenari müəllifləri – Mariya Zelinskaya, İsmayıl Səfərəli, rejissor İsmayıl Səfərəli, operator – Şandor Berkeşi, quruluşçu rəssam – Sergey Zaykov, Əziz Məmmədov, prodüser Mariya və Emin İbrahimovlardır(A. Rodnyanski ilə birlikdə).

Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

İsmayıl Səfərəli 2003-cü ildə Duke Universitetini (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filminin prodüseri və rejissorudur, “Gecə qabarması” tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçilib. Bundan başqa, onun filmoqrafiyasına “Təkbətək” (2014), “Yuki üçün layla (2015) və “Əmin-amanlıq dənizi” (2017) qısametrajlı filmlər daxildir.

Gallery

Gallery

Gallery

Gallery

# 2601 dəfə oxunub

Müəllifin son yazıları

# # #