Festivala uşaq münsiflər necə seçiləcək?

Festivala uşaq münsiflər necə seçiləcək?
5 iyul 2021
# 14:22

Oktyabrın 20-24-də Bakıda keçiriləcək IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.

Uşaq münsiflər heyətinə üzvləri festivalın təşkilat komitəsi seçəcək.

Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.

Təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş̧ ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Münsif olmaq istəyənlər müraciətlərini avqustun 15-dək [email protected] e-poçt ünvanına göndərilməlidir.

Nəticələr avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #