Fellininin 100 yaşlı qəhrəmanı öldü

Fellininin 100 yaşlı qəhrəmanı öldü
10 avqust 2020
# 14:25

İtaliyanın məşhur aktrisası Franka Valeri vəfat edib.

Kulis.az xəbər verir ki, bu yaxınlarda 100 illik yubileyini keçirən aktrisa ötən gün Romada yaşadığı evində dünyasını dəyişib. Onun uzun illər Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, əsl adı Franka Mariya Norsa olan yəhudi əsilli aktrisa Milanda anadan olub. Müharibə illərində yəhudi soyadı ilə repsessiyadan xilas olmaq üçün, anasının yaxın rəfiqəsi Franka Mariya Norsanın sənədlərini dəyişdirib

İlk dəfə 1947-ci ildə professional səhnəyə qədəm qoyan Franka Valerinin debütü, dünya şöhrətli kinorejissor Federiko Fellininin 1950-ci ildə çəkdiyi "Luci del varietà" filmində olub.

1970-ci ildən başlayaraq teleseriallar üçün ssenarilər yazmağa və seriallarda çəkilməyə başlayan Franka Kinematoqrafiya tarixinə verdiyi töhfələrə görə 2020-ci ildə İtaliyanın Milli Kino Mükafatı "David di Donatello" ilə təltif edilib.

Gallery

# 1449 dəfə oxunub

Müəllifin son yazıları

# # #