Fateh Sultan Mehmetin nadir portreti İstanbulda sərgilənəcək

Fateh Sultan Mehmetin nadir portreti İstanbulda sərgilənəcək
5 oktyabr 2020
# 09:58

Fateh Sultan Mehmetin Londonda keçirilən hərracda satın alınan nadir portreti oktyabrın 6-dan etibarən İstanbulda sərgilənəcək.

Avqust ayında İstanbula gətirilən portretin ziyarətçilər üçün açılması COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Sultanın günümüzədək gələn üç orijinal portretindən biri olan bu rəsm əsəri bu il iyunun 23-də çıxarıldığı hərracda İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən 770 min funt sterlinqə alınıb. Portretin XV əsrdə italiyalı rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, “Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir.

Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da, onun üç şahzadədən biri olduğu düşünülür. /azertag.az/

# 1964 dəfə oxunub

Müəllifin son yazıları

# # #