Faiq Ağayev Sevildən yazdı: “Ağzınız köpüklənə-köpüklənə...”

Faiq Ağayev Sevildən yazdı: “Ağzınız köpüklənə-köpüklənə...”
22 fevral 2021
# 13:56

“İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz.”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Feysbukdakı şəxsi hesabında 20 yaşlı Sevil Atakişiyevanın intihar hadisəsinə münasibət bildirərək yazıb. O, daha sonra əlavə edib.

"Nə kimi əməlisalehlik etmisiniz bu həyatda?

Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
Zorlanan qıza yox, cinayətkara can yandırdınız.

Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.
Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.

Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".

# 4452 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #