Eyyubdan yeni müharibə klipi - Oğlu da çəkiləcək

Eyyubdan yeni müharibə klipi - Oğlu da çəkiləcək
14 dekabr 2020
# 13:39

Xalq artisti Eyyub Yaqubov Bakı haqqında mahnıya klip çəkdirir.

Bu barədə Kulis.az-a sənətçinin özü məlumat verib. O, qeyd edib ki, mahnı 50 illik tarixi olan bir mahnıdır. Xalq artisti Əlibaba Məmmədovun Xalq şairi Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Bakı” mahnısının hazırda klip çəkilişləri yekunlaşmaq üzrədir.

Çəkilişləri Balaxanıda həyata keçirilən klipin sujet xətti müharibə ilə səsləşir. Klipin qəhrəmanı qalib Azərbaycan əsgəridir. Xalq artisti klipdə real döyüş səhnələrinin olacağını da qeyd edib.

Rejissoru Elxan Cəfərovun olduğu klipdə əsas qəhrəmanları Eyyub Yaqubovun oğlu və Əməkdar artist Cavanşir Hadıyevin qızı canlandıracaq.





# 1232 dəfə oxunub

Müəllifin son yazıları

# # #