Emir Kusturitsanın kitabı çap olunacaq

Emir Kusturitsanın kitabı çap olunacaq
26 noyabr 2019
# 15:42

Serb rejissoru Emir Kurturista yaxın günlərdə “Cinayətsiz cəza” adlı kitabını təqdim edəcək.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, bu haqda məlumatı kitabın çap olunacağı nəşriyyatın naşiri Manoyl Vikotiç açıqlayıb. O, bildirib ki, bundan əvvəl də Kurturistanın gündəlikləri əsasında yazdığı “Bu mənim nəyimə lazımdır” kitabı onların nəşriyyatında işıq üzü görüb və böyük uğur qazanıb.

Xatırladaq ki, Emir Kurturista noyabrın 29-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

# 1808 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #