Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu

Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu
27 fevral 2020
# 19:06

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Xalq yazıçısı Elçinin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan tamaşanın - birhissəli absurd komediyanın premyerasını təqdim edib.

Kulis.az xəbər verir ki, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşanın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Məhərrəm Musayev və Rövşən Cəfərov çıxış ediblər.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #