#

Drijorumuza Macarıstanın dövlət mükafatı təqdim edildi

Drijorumuza Macarıstanın dövlət mükafatı təqdim edildi
15 dekabr 2020
# 11:39

Əməkdar artist, Akademik Opera və Balet Teatrının baş drijoru Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı olan” Qızıl xaç” ordeninin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri və tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq layihələrdə uğurlu əməkdaşlığını qeyd edib.

Sonra iki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından “Qızıl xaç” ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.



# 1933 dəfə oxunub

Müəllifin son yazıları

# # #