Della Miles Şuşaya səfər edib

Della Miles Şuşaya səfər edib
7 avqust 2021
# 10:19

Dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfər edib.

Kulis.az xəbər verir ki, Della Miles Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirərək deyib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

O, ölkəmizə səfəri çərçivəsində azərbaycanlı xanəndə, Əməkdar artist Qoçaq Əsgərovla birgə layihə üzərində işlədiklərini də diqqətə çatdırıb.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

# # #