Çox yaşayın, Ali Baş Komandanım! – Yeni şeir

Çox yaşayın, Ali Baş Komandanım! – Yeni şeir
9 noyabr 2020
# 10:55

Kulis.az şair Fəxri Müslümün Ali Baş Komandana yazdığı şeiri təqdim e dir.

Çox yaşayın, Ali Baş Komandanım

Siz, neçə yüzillik dərdi çözdünüz,
İtmiş sərhədləri, səddi çözdünüz,
Zamanda əyilmiş qəddi çözdünüz,
Açıldı sevincdən qolum, qanadım,
Çox yaşayın, Ali Baş Komandanım.

Düşmənin əhvalı, halı tutuldu,
Qorxudan qolları, dili tutuldu,
Dənizdən dənizə yolu tutuldu,
Yeni bir gedişin himini qoydun,
Çox yaşayın, Ali Baş Komandanım.

Bir təlxək rəqs etdi Cıdır düzündə,
Müqəddəs Şuşamın, bir danüzündə,
Arzusu, nöqtəsiz qaldı gözündə,
Bu, beyni bir boşa, çoxdan ayandım,
Çox yaşayın Ali Baş Komandanım.

Verdiyin hər əmrə, Vətən sevindi,
Hər döngə, hər dalan, hər tin, sevindi,
Bu haqdan hər keçən, ötən sevindi,
Bu şöhrət, bu şanı, qürurum sandım,
Çox yaşayın, Ali baş Komandanım.

Əsgərlər keçdikcə bu dağdan, daşdan,
Yenidən yazıldı, tarix də, başdan,
Bir boy da, böyüdük, biz bu savaşdan,
Cəsur sərkərdə tək, öndə dayandın,
Çox yaşayın, Ali Baş Komandanım.

Yumruğun şimşək tək, xəncərə çəkdi,
Güc verdi, hər kəsi, səngərə çəkdi,
Düşməni məzara, tən yerə çəkdi,
Xalqa da, ruh verdi, hər duan, andın,
Çox yaşayın, Ali Baş Komandanım.

Yenidən çəkildi xəritələr də,
Dəyişdi, yön aldı, hər qitələr də,
Sanki, şirinləşdi, xatirələr də,
Səmadan var oldu haqqın, inamın,
Çox yaşayın, Ali Baş komandanım.

Ordumuz düşməni, it kimi qovdu,
Bəzən, dırnağıyla, əliylə boğdu,
Bəzən, əyri-üyrü burnunu ovdu,
Yazdı yaddaşına günüm, zamanım,
Çox yaşayın, Ali Baş Komandanım.

Siz, neçə yüzillik dərdi çözdünüz,
İtmiş sərhədləri, səddi çözdünüz,
Zamanda qırılmış qəddi çözdünüz,
Açıldı sevincdən qolum, qanadım,
Çox yaşayın, Ali Baş Komandanım.

# 3041 dəfə oxunub

Müəllifin son yazıları

# # #