Böyük Britaniyanın keçmiş Baş naziri Vinston Çörçilin portreti 677 min dollar qiyməti ilə hərraca çıxarılıb.
Kulis.az Daily Mail qəzetinə istinadən xəbər verir ki, "Marrakeşdə səhnə" adlanan əsər Londonun "Kristis" auksionunda satışa çıxarılıb.
Çörçil 1935-ci ildə çəkilmiş bu portretini feldmarşal Bernard Monthomeriyə hədiyyə edib. Bu hədiyyə Baş nazirin feldmarşala olan dərin hörmət və aralarındakı dostluqdan xəbər verir. Bu sözləri auksion evinin nümayəndəsi Nik Orçard bildirib.
- Anar: "37 ildə ən böyük günahım budursa, yaxşı, qəbul edirəm" - Müsahibə
- Nazirlik Buzovna kitabxanasının nə zaman təmir ediləcəyini açıqlayıb
- Qarovulçunun oğlu - Nərmin Kamaldan yeni hekayə
O həmçinin əlavə edib ki, bu əsər Çörçilin 1930-cu illərdə çəkilmiş ən gözəl portretidir.
Qeyd edək ki, bir müddət əvvəl Çörçilə məxsus "Tinxerir şəhərinin mənzərəsi" adlı əsər "Sotbis" auksionunda 1,24 milyon dollara satılmışdı.