Çingiz Abdullayevdən kişilərə sərt sözlər: “Bu, utandırıcıdır!”

Çingiz Abdullayevdən kişilərə sərt sözlər: “Bu, utandırıcıdır!”
25 noyabr 2019
# 14:15

Xalq yazıçısı Çingiz Abdullayev öz Facebook səhifəsində qadın və kişi münasibətləri ilə bağlı maraqlı fikirlər paylaşıb. Bu fikirlərin maraqlı olduğunu nəzərə alıb oxuculara təqdim edirik.

“At sivilizasiyanın vacib atributu idi. Bəlkə də ən vaciblərindən biri. XIX əsrə qədər bu belə oldu. Atlı kişilər dünyanı fəth etdilər. Kişilər. Bizim dövrümüz isə infantil kişilərin dövrüdür. Məhdud məsuliyyət hissləri olan kişilərin. Kimisi qadının aldatmağı, onun etimadını sarsıtmağı uyğun hesab edir, kimisi qəsdən dedi-qodu yayır, kimisi olmayan əhvalatlar haqqında danışır, kimisi tanışlarının şəxsi həyatının təfərrüatlarını açır, kimisi isə xəyali qələbələri barədə məmnuniyyətlə yalanlar uydurur. Xəyanət edir, qorxu yaradır, yalan danışır, yaltaqlıq edir, hətta öz mənfilikləri ilə fəxr edir. Və sonra onlara hörmət olunmadığı üçün təəccüblənirlər. Göründüyü kimi, ağ atlı şahzadələr artıq yoxdur. İndi ancaq atlar var. Bu kişilər üçün utanc vericidir... Bugünkü dünyada atlar üçün yer yoxdur. Utandırıcıdır.”

Görüntünün olası içeriği: 1 kişi, ayakta

# 2995 dəfə oxunub

Müəllifin son yazıları

# # #