“Agent 007 Ceyms Bond” haqqında çəkilən "Ölməyə zaman yoxdur” adlı yeni filmin premyerası koronavirus pandemiyası səbəbindən üçüncü dəfə təxirə salınıb.
Kulis.az xəbər verir ki, bu barədə Bond- un rəsmi saytında məlumat verilib. Bildirilib ki, filmin 25-ci hissəsinin 2021-ci ilin aprel ayında nümayişi nəzərdə tutulsa da, premyera altı ay sonraya, 2021- ci ilin oktyabrın 8-nə ertələnib.
Qeyd edək ki, “Ölüməyə zamanı yoxdur rejissoru Keri Fukunaqadır. Filmdə Kristof Valts,Lea Seydu, Ana de Armas,Ben Uişoy və Ralfa Faynsa rol alıb.