Çernobıl hadisələrinin qəhrəmanı, partlayış zamanı şüalanmaya məruz qalaraq həyatını itirmiş yanğınsöndürənin dul xanımı çəkilən serialla bağlı yenidən etiraz edib.
Kulis.az rus saytlarına istinadən xəbər verir ki, bu ilin yazında yazıçı Svetlana Alekseyeviçin “Çernobıl duası” kitabı əsasında ekranlaşdırılmış “Çernobıl” serialının canlı qəhrəmanlarından biri Çernobıl Atom Elektrik Stansiyasındakı yanğınsöndürmə briqadasının ilk üzvü Vasili İqnatenkonun dul xanımı Lyudmila İqnatenko yenidən etiraz edib.
O, bildirib ki, “Çernobıl” serialının çəkilişləri zamanı ondan icazə alınmayıb. Serial efirə gedəndən sonra isə jurnalistlərin təqibinə də məruz qalaraq xeyli narahatlıq yaşayıb. İqnatenko həmçinin onu da vurğulayıb ki, çəkilişlərdən sonra ona 3000 manat qonarar təklif olunub.
HBO və Sky TV kanalları isə Lyudmila İqnatenkonun şikayətlərini təkzib ediblər. Onların dediyinə görə, çəkiliş heyəti Lyudmila ilə bir neçə dəfə çəkilişdən əvvəl və sonra görüşüblər. O, həyat hekayəsinin filmə uyğunlaşmasına qarşı heç bir etiraz etməyib.