Bursada Azərbaycan qələbəsinə həsr olunan sərgi açılıb

Bursada Azərbaycan qələbəsinə həsr olunan sərgi açılıb
16 dekabr 2020
# 16:39

Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirəb 22 şəkil nümayiş etdirilir.

Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib.

Sərgi bir həftə davam edəcək.



# 2056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #