İngiltərə Kraliçasının varisləri Şahzadə Harri və Meqhan Marklenin İngiltərə Kraliyyət ailəsindən ayrılma səbəbindən bəhs olunan kitabı çapa hazırlanır.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Azadlığı tapmaq” adlı kitab 24 saatda ön sifariş rekordu qırıb. Şahzadə Harri və Meqan Marklenin Kraliyyət ailəsindən ayrılıq qərarının üstündəki sirr pərdəsi aralanır.
Cütlüyün həyatlarının heç yerdə eşidilməyən detallarının yer alacağı kitabı kraliyyət ailəsinin müxbiri Omid Skobi və prodüser Kerolin Dyuran qələmə alacaq.
Kitab avqust ayının 11-də rəqəmsal, avqustun 20-də isə yazılı olaraq dünya miqyasında satışa çıxarılacaq.