Bu gün Cavanşir Yusiflinin kitabı təqdim olunacaq

Bu gün Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
26 noyabr 2019
# 09:48

Tanınmış tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin “Mətn, işarə və məna” adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, “AYB-kitab” layihəsindən işıq üzü görən kitab bu gün saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda oxuculara təqdim olunacaq.

Təqdimatda Cavanşir Yusiflinin qələm dostları, tanınmış yazıçılar iştirak edəcək.

Kitabda Azərbaycanın klassik və çağdaş şair və yazıçıları haqqında məqalə və esselər toplanıb.

# 2693 dəfə oxunub

Müəllifin son yazıları

# # #