Bu film uşaqbazlığın təbliğində ittiham olunur

Bu film uşaqbazlığın təbliğində ittiham olunur
14 sentyabr 2020
# 13:10

“Netflix”in hazırladığı yeni “Cuties” (“Minnoşlar”) filmi uşaqbazlığın təbliğində ittiham edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Amerika şirkətinin platformasında bu həftə yayıma çıxan sözügedən filmin uşaqları cinsi obyekt kimi təqdim etdiyi üçün izləyicilər tərəfindən sərt tənqid olunub.

“Netflix” rəsmiləri isə filmin sosial mesaj xarakterli olduğunu bildiriblər və izləyicilərdən filmə bir şans verilməsini istəyiblər. Onlar həmçinin qeyd ediblər ki, filmin azyaşlı qızların sosial media və böyüdükləri cəmiyyətlərdə qarşılaşdıqları təzyiq haqqında güclü bir hekayəsi var.

Filmdə Emi adlı 11 yaşlı seneqallı qızdan bəhs olunur. Emi ailəsinin ənənəvi və mühafizəkar həyat tərzi ilə azad həyat tərəfdarı qonşuları və onun tərkibində olduğu rəqs qrupunun təklif etdiyi qaçış fürsəti arasında qalır.

Qeyd edək ki, film bu il Sundace Film Festivalında, fransız-seneqallı rejissor Maymune Dukura dünya kinosu kateqoriyasında Ən Yaxşı Rejissor mükafatı qazandırıb.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #