Dünya şöhrətli müğənni Britney Spears atasının qəyyumluğundan çıxacağını açıqlayıb.
Uzun zamandır atası Jamie Spearsə qarşı qəyyumluq mübarizəsi aparan və "Həyatımı geri istəyirəm" deyən Britney Spears sonunda qurtulur. Belə ki, Jamie Spearsin qəyyumluğunun dayandırılması üçün başlanan məhkəmədə son qərarın ifaçının xeyrinə veriləcəyi gözlənilir.
Qeyd edək ki, məşhur müğənni sərvətinə, karyerasına və qərarlarına nəzarət etmək üçün 2008-ci ildə atasının qəyyumluğuna keçib. İllər sonra Spears bu qərarın ləğvi üçün məhkəməyə müraciət etsə də, istədiyi nəticəni ala bilməmişdi.
Xatırladaq ki, “Grammy” musiqi mükafatı qazanmış amerikalı pop müğənni Britney Spears 2009-cu ildə “Ginnesin Rekordlar Kitabı”nda XXI əsrin ən yaxşı qadın müğənnisi seçilib.