Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər

Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
23 noyabr 2020
# 15:21

Nobel mükafatı laureatı şair, müğənni Bob Dilanın heç yerdə yayımlanmamış şeirləri olan sənədlər Amerikanın Boston şəhərindəki hərrac evlərinin birində satışa çıxarılıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Bob Dilanın dostu gitarist Toni Qloverlə 1971-ci ildə olan müsahibəsinin səs yazıları və ona yolladığı məktublar 495 min dollara satılıb. Satılan sənətlərin arasında Dilanın daha əvvəl heç yerdə yayımlanmamış musiqi sözləri də yer alıb.

Satışa çıxarılan müsahibədə Bob Dilanın əsl adının Robert Zimmerman olduğu halda niyə dəyişdirməsi də məlum olub. Nobelli şair bildirib ki, bu addımı yəhudi qarışığı olduğunu gizlətməkdən ötrü edib.

# 1805 dəfə oxunub

Müəllifin son yazıları

# # #