Nobel mükafatı laureatı Bob Dilan narkotik istifadə etməkdə və 1965-ci ildə 12 yaşında qıza təcavüz etməkdə günahlandırılır.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Dilana qarşı iddia Nyu-York əyalət məhkəməsi tərəfindən irəli sürülüb. İddiaya görə o, 1965 -ci ilin may ayında 12 yaşlı qızla tanış olub, onunla emosional əlaqə qurmağa çalışaraq onu zorlanmağa cəhd edib.
Baş verən hadisədən sonra yeniyetmənin depressiya, narahatlıq və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.
- "Ustad və Marqarita" ilin filmi seçildi
- “Nizami” baleti səhnəyə qoyulacaq
- İntəhasız acı nəğmə - Qorki haqqında esse
Zərərçəkmişin vəkili məhkəmədə ittihamları sübut edəcəyinə söz verib.
Dilanın vəkili iddianı rədd edərək məlumatların həqiqəti əks etdirmədiyini deyib.