Biz onlardan nələr öyrənə bilərik? - Uşaqlar haqqında aforizmlər

Biz onlardan nələr öyrənə bilərik? - Uşaqlar haqqında aforizmlər
30 yanvar 2020
# 18:24

Kulis.az uşaqlarla bağlı ən gözəl aforizmləri təqdim edir.

Uşaq dünyanın ən böyük xoşbəxtliyidir.

Dostoyevski

***

Dünyadakı dürüst və həqiqi sözlərin hardasa hamısı uşaqlar tərəfindən söylənilir.

Oskar Uayld

***

Uşaqlara nə düşünəcəklərini deyil, necə düşünəcəkləri öyrədilməlidir.

Marqaret Mid

Gallery

***

Uşaqlar qəlibə salınan nəsnələr deyil, pərvazlanmaları təmin ediləcək fərdlərdir.

Less Leyr

***

Sağlam uşaqlar yetişdirmək, nasaz insanları düzəltməkdən asandır.

Fredrik Duqlas

***

Uşaqlar sizə bir çox şeylər öyrədə bilər. Məsələn, səbrinizin sərhədinin nə olduğunu.

Franklin Cones

***

Uşaqlar sehri görə bilir, çünki gözləri sehr axtarmaqdadır.

Xristafor Mur

Bir körpə, Tanrının dünyanın davam etməsinin lazım olduğuna inandığının göstəricisidir.

Karl Sandburq

***

Qocalar müharibə sala bilər, amma tarixi uşaqlar yazar.

Rey Merrit

***

Uşaqlarınıza dərs vermək istəyirsinizsə, bu heç də lazımlı deyil. Özünüzü örnək göstərin, amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.

Bernard Şou

***

Kiçik bir uşaq, qiyməti biçilməz bir mərhəmət, eyni zamanda da bir bəladır.

Mark Tven

***

Əgər bir gün yolunuzu itirsəniz bir uşağın gözlərinin içinə baxın. Çünki bir uşağın bir böyüyə öyrədə biləcəyi hər zaman üç şey vardır; səbəbsiz xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq və əldə etmək üçün var gücüylə mübarizə aparmaq.

Paulo Koelyo

Gallery

***

Uşaqlarınıza susmağı öyrədin, danışmağı onsuz da öyrənəcəklər.

Benjamin Franklin

***

Elə bir ölsəm ki, uşaqlar
Sizə heç ölüm qalmasa

Əziz Nesin

***

Uşaqlar bizim gələcəyimiz yox, keçmişimizdir.

Qulu Ağsəs

***

Uşaqların gözündə su var,
Göz yaşı hələ ki yoxdu

Həmid Herisçi

***

Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.

Qismət

# 5624 dəfə oxunub

Müəllifin son yazıları

# # #