Bəhram Bağırzadədən xəbər var

Bəhram Bağırzadədən xəbər var
22 iyul 2020
# 13:12

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud traxeostomatik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru qapalı saxlanılıb, xəstənin tənəffüsü fizioloji yolla, yəni burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur. Bununla belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

# # #