Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
23 oktyabr 2020
# 14:52

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hərbi təcavüz aktı ilə bağlı bəyanat qəbul edib.

Kulis.az bəyanatı təqdim edir:

“Oktyabrın 11-də Ermənistanın Vardenis rayonundan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində 10 nəfər dinc sakin həlak olub, azyaşlı uşaqlar da daxil olmaqla 30-dan çox mülki şəxs bədən xəsarətləri alıb, böyük dağıntılar baş verib.

Bu terror aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə nümayiş etdirir. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni təcavüzkarlarının törətdiyi bu cinayət Cenevrə konvensiyalarına tamamilə ziddir.

Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq./azertag.az/

# 1554 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #