Beynəlxalq Muğam Mərkəzində moda nümayişi keçirilib - Fotolar

Beynəlxalq Muğam Mərkəzində moda nümayişi keçirilib - Fotolar
28 noyabr 2019
# 09:53

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kəlağayısının 2014-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 5 illiyi münasibətilə moda nümayişi keçirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner-modelyer Gülnarə Xəlilovanın “Azerbaijan Kelagayi” milli brendi ilə birgə yaradılmış “İpək Sərvət” adlı üst geyimlərin eksklüziv kolleksiyasının təqdimatı tarixi hadisənin yubileyinə bir töhfə olub.

1999-cu ildən fəaliyyət göstərən G.Xəlilova moda nümayişində 16 il əvvəl hazırladığı geyimi də təqdim edib.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru, incəsənət üzrə fəlsəfə doktoru Əminə Məlikova kəlağayı haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə Azərbaycanın UNESKO-dakı nümayəndəliyi ilə böyük iş aparıb. Bunun nəticəsidir ki, 26 noyabr Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Qeyd edib ki, ötən əsrin 30-cu illərinədək kəlağayı kütləvi şəkildə istehsal olunmasa da, hazırda ölkəmizin bir sıra yerlərində milli geyim nümunəsi kimi geniş yayılır.

Bildirilib ki, 2010-cu ildə İçərişəhərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ənənəvi İncəsənət Mərkəzi yaradılıb. Orada peşəkar tikiş ustaları kəlağayı hazırlayırlar. Bu səbəbdən də İçərişəhərdə kəlağayı sənəti yaşayır. Bundan əlavə, muzeylərdə də kəlağayının təbliğ olunması sevindiricidir.

Qeyd edək ki, gecədə dizaynerin şəxsi kolleksiyasından 25 geyim nümayiş olunub.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kəlağayısının 2014-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 5 illiyi münasibətilə moda nümayişi keçirilib. /azertag.az/

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #