Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Beynəlxalq Animasiya Festivalı keçiriləcək
18 mart 2020
# 15:40

Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində Üçüncü “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Festivalının təşkilatçıları builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Festival Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi və digər tərəfdaş və sponsoraların dəstəyi ilə keçiriləcək.

# 1985 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #