Berlin Film Festivalı başladı

Berlin Film Festivalı başladı
2 mart 2021
# 10:23

Almanyanın paytaxtı Berlində bu il epidemiya səbəbindən iki hissəyə ayrılaraq təşkil olunana 71-ci Beynəlxalq Berlin Film Festivalı başlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Berlin Film Festivalının baş ofisindən verilən açıqlamaya görə, mərasim 1-5 mart tarixlərində başlanacaq birinci hissəsində sektor təmsilçiləri filmləri onlayn olaraq izləyəcəklər.

15 filmin yarışdığı festivalda “Qızıl Ayı” mükafatına layiq görüləcək film martın 5-də açıqlanacaq.

Festivalin ikinci hissəsi 9-20 iyunda keçiriləcək. Festivalın ikinci hissəsi tamaşaçılara açıq olacaq və “Qızıl Ayı” ilə “Gümüş Ayı” mükafatlarının veriləcəyi mərasim də bu hissədə yer alacaq.

# 1691 dəfə oxunub

Müəllifin son yazıları

# # #