Bədənimdə bir meyit unudulub - Aqşindən yeni şeir

Bədənimdə bir meyit unudulub - Aqşindən yeni şeir
24 may 2021
# 10:05

Kulis.az Aqşin Yeniseyin yeni şeirini təqdim edir.

Səttar Bəhlulzadənin son sözləri

Bir yağış var bədənimdə, gəmilərin bezgin səhrasından sovrulub.
Bir duman var bədənimdə, dağların dalbadal siqaretindən dolub
Bir soyuq var bədənimdə, ucuz pencəyimin cibindən qalıb...

Elə bil, məndə ərsiz bir meşə solub
Elə bil, məndə aşiqsiz bir dəniz quruyub
Elə bil, məndə övladsız bir səhra ölüb.
Elə bil, bədənimdə bir meyit unudulub
Başqasına aid.

Son günlər kim ölübsə, öz içində,
gəlsin, meyitini aparsın,
məndə qalıb...

Mən morqam, insan deyiləm...

# 1744 dəfə oxunub

Müəllifin son yazıları

# # #