Bakıda uşaqlar üçün virtual sərgi

Bakıda uşaqlar üçün virtual sərgi
3 aprel 2020
# 12:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı virtual fotosərgi hazırlayıb.

Sərgi Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunub.

Xatırladaq ki, aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Əlamətdar günün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.

Onu da deyək ki, Yella Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “Balaca Nobel Mükafatı”nın - Hans Xristian Andersenin mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə təqdim olunub.

Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir. /azertag.az/

# 2377 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #