Bakıda onlayn sərgi

Bakıda onlayn sərgi
2 aprel 2020
# 16:21

Ölkəmizdə aparılan #evdeqal kampaniyası çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimlərinin təşəbbüsü ilə azyaşlı rəssamların “Koronavirusla mübarizə aparaq!” adlı onlayn sərgisi təşkil edilib.

27 şagirdin 30-dan çox rəsm əsərlərinin nümayiş etdirildiyi sərginin nəticələri açıqlanıb. Rəsmlər sözügedən məktəbin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşov tərəfindən qiymətləndirilib. Peşəkar rəssamların birgə rəyinə əsasən İnci Əlizadə birinci, Rəhimə Əhmədova ikinci və Xədicə Məmmədova üçüncü yerə layiq görülərək sərginin qalibi oldular. Bununla yanaşı, “Facebook” və “Instagram” sosial şəbəkəsində paylaşılan əl işlərindən ən çox bəyənilən üç rəsm əsəri “Tamaşaçı rəğbəti” nominasiyasına layiq görülüb. /azertag.az/

# 1899 dəfə oxunub

Müəllifin son yazıları

# # #